Ölkə

Bizə əzab verən hisslərdən necə qurtula bilərik?

Sharing is caring!

Fədakarlığa, valideynlərə məsuliyyəti aşılamaq və hər xırda çətinlikdə özünü günahlandırmamaq çox vacibdir. Xilas etməyin, hər şeyi öz üstünüzə götürməyin, qurbana çevrilməyin. Özünü münasibətdə xilaskar hiss edənlər hər zaman qurbana çevrildikləri üçün buna əsəbləşib etiraz etmək istəyirlər. Bu halda xilaskar üçün onun məsuliyyəti önəm daşımır. Lakin unutmayın ki, əgər insan hər hansı bir münasibətdə xilaskar rolun oynayırsa, mütləq digər münasibətdə qurban rolundadır. Eyni zamanda hardasa aqressor da ola bilər. İnsanın psixikası 3 personaja bölünür: qurban, xilaskar və cani. Bu rollar fasiləli şəkildə yaranır, xilaskar yuxuya getdikdə, qurban oyanır, o da yuxuya getdikdə aqressor fəaliyyətə keçir. Rollar necə dəyişir? Xilaskar öz gücünü hər kəsə istifadə edərək qurbana çevrilir və özünə gücü çatmır. Qurbana dönüşdükdən sonra üzərinə məsuliyyət götürmür və gücü başqalarında axtarır. İnsanın özünə resursları yetməyəndə çətinliklərə dözə bilmir və ehtiyyacı olanlara yardım göstərə bilmir. Bu çatışmazlıq qurbanı aqressora döndərir və onu hər şey qıcıqlandırmağa başlayır. Bu 3 hissəni bütöv bir parçaya yerləşdirərək, zəifliyinizin və gərginliyinizin məsuliyyətini üzərinizə alaraq üçbucaqdan çıxış yolu tapa bilərsiniz. Hal-hazırda o qədər çətindir ki, mənə çıxış yolu tapa bilmirəm, qorxuram ki, bacara bilmərəm. Elə istəyirəm ki, kimsə -Məsuliyyətimi öz üstünə götürsün -Çıxış yolu göstərsin -Mənə təcrübəsin ötürsün -Resursları ilə bölüşsün Səhv etməkdən, onların nəticələrindən, hisslərimdən və məsuliyyət daşımaqdan çox qorxuram. Burada mən balacayam, ona görə də yaşca böyük insanın təcrübəsinə ehtiyacım var. Sonra qəzəb hissi yaranır, insan əsəbləşir ki, niyə başqalarında asanlıqla olur hər şey , məndə isə yox. Bu səbəbdən qorxu yaranır və getdikcə həmin qorxu adamı qıcıqlandırır. Bu mənim əsəbimdir! Yaranma səbəbi isə daxili məhdudiyyətlərim və tələbatlarımdır. Qəzəbimə, beynimdəki konfliktə, məhdudiyyətimə görə məsuliyyətimə yiyələnirəm. Başqalarını yardım göstərə bilmədiklərinə görə günahlandırmıram, əsəbimi onlara tökmürəm, onları izləmirəm. Məhdudiyyətlərimə görə özümə əsəbləşirəm. Beləliklə, içimdəki caninin də məsuliyyətin yiyələnmiş oluram. Daha sonra xilaskar gücü yaranır, yaxşılıq və yardım göstərmə istəyi gəlir. Əgər qurban və cani məsuliyyəti təsdiq olunmursa, əmin olun ki, xilaskar öz dəyərini göstərmək üçün məsuliyyətini mütləq təsdiqlədəcək. Məsuliyyət təsdiqləndiyi anda.. 1.Sən öz zəif nöqtəni tapacaqsan və özünü xilas etməyə çalışacaqsan 2.Resurslarını əlindən almaq istəyənlərə əsəbləşib, qurbana çevrilməkdən qurtulacaqsan Xilaskar gücü sənin şəxsi gücündür. Qurbana və caniyə dönməmək sənin əlindədir. Beləliklə, sən üçbucaqdan çıxış yolu tapmış olacaq və bütövlük qazanacaqsan. Yəni ki, Sizə əzab verən hisslərlə başa çıxa bilmək üçün yaşadığınız hər bir hissin məsuliyyətini özünüz daşıyın.

 

“Loqos” Psixologiya və Nitq İnkişaf Mərkəzinin direktoru,psixologiya üzrə fəlsəfə doktoru, klinik psixoloq Təranə Məmmədova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir