İdman

Yığma komandamız Yaponiyada keçiriləcək beynəlxalq yarışda iştirak edəcək

Sharing is caring!


Azərbaycan Şorinciryu Kenkokan Karate-do Koşıki Karate Federasiyasının yığma komandası 22-23 iyul 2023-cü il tarixi müddətində Yaponiyanın Okinava şəhərində keçiriləcək növbəti beynəlxalq yarışda və seminarda iştirak edəcək.

Federasiyadan Oxu.Az-a verilən məlumata görə, adıçəkilən yarışda və seminarda iştirak etmək məqsədilə milli komandamızın idmançıları artıq seçilib və lazımi qaydada formalaşdırılıblar.

Belə ki, 16-17 yaş kateqoriyasında (60 kq) oğlanlar arasında Kənan İsmayılzadə, 18-19 yaş kateqoriyasında (50 kq) qızlar arasında isə Sevinc Mövsümzadə millimizi təmsil edəcəklər. Yığma komandanın baş məşqçisi Nazim Mövsümzadədir. Onun həmçinin +40 yaş kateqoriyasında veteranlar arasında yarışda iştirakı nəzərdə tutulub.

“Sözügedən beynəlxalq yarış və seminarda dünyanın 15 müxtəlif ölkəsindən təcrübəli idmançıların iştirakı gözlənilir. Bu ölkələrə Yaponiya, Rusiya, Avstraliya, Kanada, Əlcəzair, Azərbaycan, Yeni Zelandiya, Nepal, Əfqanıstan, İsveçrə, Fil Dişi Sahili, Kamerun, Hindistan, Pakistan və Çin aiddir. İdmançılarımız iki növ üzrə, yəni şəxsi kata və şəxsi kumitedə, habelə veteranlar arasında keçirilən yarışda qüvvələrini sınayacaqlar.

Qeyd olunan mötəbər beynəlxalq yarışda və seminarda yığma komandamızın iştirakının təmini üçün hərtərəfli dəstək göstərən, daim idmançılarımıza böyük diqqət və qayğı ilə yanaşan Azərbaycan Şorinciryu Kenkokan Karate-do Koşıki Karate Federasiyasının Fəxri prezidenti Adnan Əhmədzadəyə və federasiyanın prezidenti Rafael Bünyatova dərin minnətdarlığımızı bildirir və əmin edirik ki, idmançılarımız əvvəlki illərdə olduğu kimi, bu dəfə də ölkəmizin idman şərəfini layiqincə qoruyaraq əldə olunacaq yüksək nailiyyətlərlə vətənə dönəcəklər”, – məlumatda bildirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir