İdman

Messi qırmızı işıqda keçib təhlükə yaratdı – VİDEO

Sharing is caring!


ABŞ-nin “İnter Mayami” klubunun futbolçusu Lionel Messi problemlə üzləşib.

Argentinalı futbolçu idarə etdiyi avtomobillə işıqforun qırmızı işığında küçəni keçməklə qəza vəziyyəti yaradıb.

Hadisə “İnter Mayami”nin bazasının yaxınlığında baş verib. Yayılan görüntülərdə kəsişməni yaşıl işıqda keçməyə çatdırmayan futbolçunun dayanmayıb qırmızı işıqda keçdiyi görünür. Lakin o, ayıq davranıb və qəza olmayıb.

Daha sonra bildirilib ki, Messi avtomobilini müşayiət edən polis maşınının icazə verməsindən sonra qırmızı işıqda keçib. Bununla belə, onun 125 dollar cərimələnməsi və üç bal cəzalanması istisna edilmir.

Qeyd edək ki, Messi bir müddət əvvəl “İnter Mayami”yə qoşulub. O, yeni komandasında hələ debüt etməyib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir