Dünya

Estoniyalı general: “Ukrayna qoşunlarının əks-hücum üçün maksimum 10 həftə vaxtı var”

Sharing is caring!

“Hər iki tərəfin irimiqyaslı hücumlar təşkil etmək üçün səkkiz-on həftə vaxtı var. Payızın yaxınlaşması ilə vaxt daralır”.

Bu barədə Estoniyalı general-mayor Veyk-Vello Palm bildirib.

Palm qeyd edib ki, taktiki cəhətdən Rusiya qüvvələri irəliləməyə davam edir. Ona görə də onların tam şəkildə dayandırıldığını söyləmək olmaz.

“Ukrayna Silahlı Qüvvələri böyük hücum əməliyyatları keçirmir. Böyük hücumlar üçün vaxt pəncərəsi nisbətən qısadır – səkkiz həftədən on həftəyə qədər. Oktyabrın ortalarından hücum təşkil etmək çox çətin olacaq”, – deyə Palm vurğulayıb.

Mənbə: Yevropeyskaya pravda

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir