İdman

“Olimpiakos”un sabiq futbolçusu “Araz Naxçıvan”da

Sharing is caring!


“Səbail”də müdafiəçilərdən biri ilə yollarını ayırıb.

Oxu.Az xəbər verir ki, paytaxt təmsilçisi Turan Manafovla vidalaşıb.

24 yaşlı futbolçunun yeni klubu da bəllidir. O, karyerasını Premyer Liqaya yüksələn “Araz Naxçıvan”da davam etdirəcək. Tərəflər bir illik müqaviləni razılaşdırıblar.

“Neftçi”nin yetirməsi olan T.Manafov karyerası ərzində “Səbail”dən öncə “Qarabağ” və “Sumqayıt”ın U-19 komandalarında, “Zaqatala”da və Yunanıstanın “Olimpiakos” (Volos) klubunda çıxış edib. O, Azərbaycan U-21 millisinin də formasını geyinib.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir