Dünya

Məşhur türkiyəli aktyorun barmaqları maşının altında qaldı: Filmin ssenarisi dəyişdirildi – FOTO

Sharing is caring!

Məşhur türkiyəli aktyor Mesut Akustanın barmaqları qırılıb.

Serial çəkilişləri zamanı dişi düşən aktyor həkimə getmək üçün çəkiliş heyətinin maşınına minib.

Mesut Akusta maşından düşdükdən sonra müvazinətini itirərək yıxılıb. Maşını idarə edən sürücü isə arxasına baxmadan hərəkət edib və aktyorun barmaqları təkərlərin altında qalaraq əzilib. Nəticədə onun üç barmağı qırılıb.

Akustaya tibbi yardım göstərilib, barmaqlarına gips qoyulub və o, işinin başına qayıdıb. Səhhətindəki problemlərə baxmayaraq, işini heç vaxt yarımçıq qoymayan məşhur aktyora görə serialın ssenarisində dəyişiklik edilib. O, kiminləsə dava etmiş kimi göstərilib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir