İdman

“Neftçi” 1,8 milyon avroluq futbolçunu transfer edə bilər

Sharing is caring!


Rumıniyanın ÇFR klubunun futbolçusu Yuri Matias karyerasını Azərbaycanda davam etdirə bilər.

“Neftçi” 28 yaşlı müdafiəçinin xidmətində maraqlıdır.

Məlumata görə, “ağ-qaralar”ın yeni rumın baş məşqçisi Adrian Mutu rəhbərlikdən Matiasın transferini istəyib. Klublar arasında danışıqların başladığı bildirilir.

Mutu “Rapid”də çalışan vaxt iki dəfə Matiası transfer etmək istəsə də, bu baş tutmayıb.

Yuri 2022-ci ilin fevralından ÇFR-də çıxış edir. “Transfermarkt”a görə onun dəyəri 1,8 milyon avrodur.

Mənbə: prosport.ro

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir