Cəmiyyət

Agentlik sədri idman verilişlərində enerji içkilərinin reklamından DANIŞDI

Sharing is caring!


“Bu gün televiziya kanallarında yayımlanan idman verilişlərində enerji içkiləri reklam olunur. Bu, yolverilməzdir”.

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi haqqında” Qanunun icrası ilə əlaqədar 2023-cü ilin altı ayı ərzində görülmüş tədbirlərə dair keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, enerji içkilərinin idman verilişlərində təbliği qanunla da qadağandır:

“Siqaret və alkoqollu içkiləri reklam etmək mümkün olmadığı kimi, enerji içkilərinin reklamı da qadağandır. Bu cür faktlar insan sağlamlığı üçün təhlükəli məhsulların reklamına gətirib çıxarır”.

Sədr qeyd edib ki, diyetoloqlar qeyri-sağlam qidalanmanı media vasitəsilə və ya şəxsi səhifələrində paylaşırlar:

“Biz qərara aldıq ki, sağlam qidalanmanın təbliği ilə elmi əsası olan materialları insanlara təqdim edəcəyik. Təəssüf edirik ki, əhali, xüsusilə böyüməkdə olan balacalar sağlam olmayan qidalarla qidalanır. Bu müxtəlif rəngləşdirilmiş, dad verən, şəkərli qida məhsullarıdır. Bu, sağlam deyil. Hər kəs ailə üzvünün sağlam qidalanmasına diqqət yetirməlidir”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir