İdman

Üç qızıl medal qazanan idmançımız: “Avropa birinciliyinə rekord üçün getmişdim”

Sharing is caring!


“Bu nəticəni gözləyirdim. Hətta daha artığına nail olmaq istəyirdim. Moldovaya rekord üçün getmişdim”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Azərbaycanın yeniyetmə ağırlıqqaldıranı Ravin Alməmmədov Moldovanın paytaxtı Kişineuda keçirilən Avropa birinciliyindəki çıxışı barədə danışarkən deyib.

Üç qızıl qazanan idmançı daha yaxşı nəticə göstərə biləcəyini söyləyib: “Yarış çox yaxşı, istədiyimiz kimi keçdi. Bundan da artığı ola bilərdi. Üç qızıl medal qazandım. Həm təkanla qaldırmaqda, həm birdən qaldırmaqda, həm də ümumi nəticədə birinci oldum”.

R.Alməmmədov qarşıdakı dünya çempionatında da uğur qazanmaq istədiyini əlavə edib: “Növbəti yarışlara hazırlaşırıq. 20 yaşlıların dünya çempionatı olacaq. Onada da özümü göstərmək istəyirəm”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir