İdman

PSJ “Bavariya”nın futbolçusunu aldı

Sharing is caring!


PSJ “Bavariya”dan Luka Hernandesi transfer edib.

Fransa klubu müdafiəçi ilə 30 iyun 2028-ci ilə qədər müqavilə imzaladığını açıqlayıb.

Daha əvvəl Hernandezin “Bavariya”dan transferinin məbləğinin 48-50 milyon avro olacağı bildirilirdi.

Qeyd edək ki, Luka 2019-cu ildə “Atletiko” Madriddən 80 milyon avroya alınıb. O, Münhen klubu ilə dörd dəfə Bundesliqanın, iki dəfə Almaniya Superkubokunun, həmçinin bir dəfə Çempionlar Liqası, Almaniya Kuboku, Avropa Superkuboku və Klublararası Dünya Çempionatının qalibi olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir