Dünya

Türkiyə və Qətər hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək niyyətindədir

Sharing is caring!


Türkiyə və Qətər hökumətləri hərbi-texniki sahədə əməkdaşlığı fəal şəkildə inkişaf etdirmək niyyətindədirlər.

Məlumata görə, bu məsələ vitse-prezident Cövdət Yılmazın başçılıq etdiyi Türkiyə nümayəndə heyəti və Qətər əmiri Təmim bin Həməd Al Tani rasında Dohada keçirilən danışıqlarda prioritetlər sırasında müzakirə edilib.

Danışıqlar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyulun 17-19-da Fars körfəzi ölkələrinə səfəri ərəfəsində aparılıb.

Bildirilir ki, Qətər Türkiyədən pilotsuz təyyarələr, idarə olunan hərbi sursatlar, yerüstü zirehli platformalar, döyüş gəmiləri və sürətli qayıqlar alır. Tərəflər Türkiyənin “Milgem” sinifli korvetlərinin əmirliyə satışı ilə bağlı danışıqlar aparır.

Həmçinin, rəsmi Doha Türkiyənin perspektivli əsas döyüş tankı “Altay” layihəsinə də maraq göstərir.

Mənbə: NTV

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir