İdman

“Real Madrid”in futbolçusu “Qarabağ”ın yeni transferini təbrik etdi – FOTO

Sharing is caring!


“Real Madrid”in futbolçusu Ferlan Mendi “Qarabağ”ın yeni transferi Hamidu Keytanı təbrik edib.

Oxu.Az xəbər verir ki, Keyta “Instagram” hesabında Ağdam klubuna keçidi ilə bağlı post paylaşaraq “Yeni mübarizə, yeni ailə. Sizinlə birgə olmaqdan çox məmnunam, qardaş. İrəli, “Qarabağ”, – deyə yazıb.

Ferlan Mendi isə rəydə onu təbrik edib. Öz növbəsində “Qarabağ” azarkeşləri “Real”ın müdafiəçisini komandaya gəlməyə səsləyiblər.

Qeyd edək ki, Keyta və Mendi 2014-2015-ci illərdə Fransanın “Havr” klubunda komanda yoldaşı olublar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir