İdman

Çempionlar Liqasının “Reyncers” – “Napoli” matçının vaxtı dəyişdirildi

Sharing is caring!

Futbol üzrə Çempionlar Liqasının II turunda Şotlandiya “Reyncers”i ilə İtaliyanın “Napoli” klubları arasında keçiriləcək oyun Kraliça II Elizabetin vəfatı ilə əlaqədar Böyük Britaniyada milli matəm elan olunduğu üçün sentyabrın 13-dən 14-nə keçirilib.

Bu barədə bazar günü Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) mətbuat xidməti məlumat yayıb.

Həmçinin “Napoli” azarkeşlərinin Qlazqo matçına, “Reyncers” azarkeşlərinin isə Neapoldakı cavab oyununa buraxılmaması qərara alınıb.

Qeyd edək ki, II Elizabet sentyabrın 8-də 96 yaşında vəfat edib. Monarxın ölümü səbəbilə Böyük Britaniyada sentyabrın 9-dan 10 günlük matəm elan edilib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir