İdman

Mariya Stadnikin reytinq turnirinə aparılmamasının səbəbi AÇIQLANDI

Sharing is caring!


Qadın güləşçilərdən ibarət Azərbaycan millisinin lideri Mariya Stadnikin (50 kq) Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək reytinq turnirinə aparılmamasının səbəbi müəyyənləşib.

Dünya və Avropa çempionu “Report”a açıqlamasında başqa turnirdə qüvvəsini sınayacağını bildirib.

35 yaşlı olimpiya mükafatçısı Bolqarıstanda hazırlıq keçəcəklərini söyləyib. O, ardından Polşanın paytaxtı Varşavada turnirə qatılacaqlarını vurğulayıb:

“Bizim hazırlıqla bağlı planımız fərqlidir. İyulun 5-də təlim-məşq toplanışı üçün Bolqarıstanın Belmeken bölgəsinə yollanacağıq. Oradan birbaşa Polşaya gedərək, Varşavadakı turnirə qatılacağıq”.

Qeyd edək ki, iyunun 1-dən 4-dək Bişkekdə keçiriləcək reytinq turnirində Azərbaycanın 11 güləşçisi mübarizə aparacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir