İdman

“Yuventus”a qarşı yeni ittiham irəli sürüldü

Sharing is caring!


İtaliya Futbol Federasiyası “Yuventus”a qarşı yeni ittiham irəli sürüb.

Qurumun rəsmi saytının yaydığı məlumata görə, Turin klubu maaş maxinasiyasında günahlandırılır. Bildirilir ki, əməkhaqqı hesabatlarının manipulyasiyası COVID-19 pandemiyası zamanı illik balansda itkiləri ciddi şəkildə azaltmaq məqsədi daşıyıb.

“Yuve”nin bu işdə yeddi sabiq futbolçusundan və hazırkı direktorundan istifadə etdiyi iddia olunur.

Qeyd edək ki, daha əvvəl maliyyə fırıldaqçılığına görə “Yuventus”un 15 xalı silinsə də, apreldə komandanın xalları  bərpa olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir