İdman

Ümidini itə bağlayan “Arsenal”: Vin “topçular”a çempionluq qazandıracaq?

Sharing is caring!


“Arsenal”ın baş məşqçisi Mikel Arteta klubun məşq mərkəzinə “Labrador” cinsindən it gətirib.

İspaniyalı mütəxəssis hesab edir ki, it sığallamaq stresi azaldır, əhvali-ruhiyyəni yaxşılaşdırır.

“Böyük bir ailəyik və bu ailəni təmsil edəcək itə ehtiyacımız var idi. Bu səbəbdən bazaya Vin (“Win” qələbə mənasını verir – red.) adlı it gətirdim. Hamımız qalib gəlmək istəyirik. Onun da sevgiyə ehtiyacı var. Oyunçular və texniki heyətin reaksiyası əla idi. Vin artıq bizimlə olacaq”, – deyə Arteta bildirib.

Çalışdırıcı inanır ki, Vin onlara Premyer Liqa çempionluğunu qazanmağa kömək edəcək.

“Arsenal” hazırda turnir cədvəlində 81 xalla (36 oyun) 2-cidir. “Topçular” sona 2 tur qalmış “Mançester Siti”dən (35 oyun) 4 xal geridədirlər.

Mənbə: De Marke Sports

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir