İdman

Azarkeşləri “Qarabağ”ı ziyana saldılar

Sharing is caring!


İntizam Komitəsinin iclası keçirilib.

Peşəkar Futbol Liqasından verilən məlumata görə, toplantıda Azərbaycan Premyer Liqasının XXXIV turunda baş verənlərlə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Qəbələ” – “Turan Tovuz” oyununda “Qəbələ” klubunun futbolçusu Urfan Abbasov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, klub 200 manat cərimə edilir (maddə 47.1);

“Səbail” – “Qarabağ” oyununda ictimai təhlükəsizlik düzgün təşkil edilmədiyinə görə “Səbail” klubu 4000 manat cərimə edilir (maddə 49.1);

 “Səbail” – “Qarabağ” oyunu bitdikdən sonra kənar şəxslər meydançaya daxil olduğuna görə “Qarabağ” klubu 1600 manat cərimə edilir (maddə 49.2);

 “Səbail” – “Qarabağ” oyunu bitdikdən sonra “Qarabağ” klubunun azarkeşləri pirotexniki vasitələrdən istifadə etdiyinə görə “Qarabağ” klubu 800 manat cərimə edilir (maddə 51.2);

“Səbail” – “Qarabağ” oyunu bitdikdən sonra VAR sisteminin naqillərinin pirotexniki vasitənin yanması nəticəsində zədələnməsinə görə dəymiş zərər “Qarabağ” klubu tərəfindən qarşılansın (maddə 65.2);

“Sumqayıt” – “Sabah” oyununda “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Sumqayıt” klubu 800 manat cərimə edilir (maddə 39);

Ümumilikdə, “Səbail” 4000, “Qarabağ” 2400, “Sumqayıt” 800, “Qəbələ” 200 manat cərimələnib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir