İdman

Gürcüstana medal qazandıran azərbaycanlı: “DÇ-də finala çıxmaq da böyük uğurdur” – FOTO

Sharing is caring!


“Finalda məğlub olsam da, çıxışımdan razı qaldım. Çünki dünya çempionatında finala çıxmaq belə, böyük uğurdur”.

Bunu “Report”a açıqlamasında Gürcüstana Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş dünya çempionatında (DÇ) gümüş medal qazandıran azərbaycanlı boksçu Sahil Allahverdiyev deyib.

48 kq-da dünya ikincisi olan idmançı ən çətin döyüşünün finalda qazaxıstanlı Sanjar Taşkenbaya qarşı olduğunu bildirib:

“Çox çalışsam da, qızıl medal qazana bilmədim. Amma buna görə təəssüflənmirəm. Gümüş medal da yaxşı nəticədir”.

Ötən il müsahibəsində Azərbaycan millisində çıxış etmək istəmədiyini söyləyən Allahverdiyev eyni fikirdə qaldığını vurğulayıb:

“Ölkəni dəyişsəm, 3 il Avropa və dünya çempionatlarında iştirak edə bilməyəcəyəm. Ona görə də bu barədə düşünmürəm”.

Boksçu növbəti hədəfinin Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq olduğunu söyləyib.

Qeyd edək ki, Sahil Allahverdiyev 1999-cu il yanvarın 9-da Tbilisinin Poniçala (Soğanlıq) qəsəbəsində anadan olub. O, Avropa çempionu, dünya çempionatlarının gümüş və bürünc mükafatçısıdır. Həmçinin 2019-cu ildə Minskdə keçirilən II Avropa Oyunları və 2018-ci ildə İspaniyada keçirilən Avropa Birliyi ölkələrinin boks üzrə çempionatında gümüş medallar qazanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir