İdman

Azərbaycan Premyer Liqasında 3-cü dövrəyə yekun vurulur

Sharing is caring!


Bu gün Azərbaycan Premyer Liqasında 3-cü dövrəyə yekun vurulacaq.

“Report”un məlumatına görə, XXVII turun son oyununda “Qəbələ” “Şamaxı”nı qəbul edəcək. Hazırda “qırmızı-qaralar” 33 xalla 4-cü, “şirlər” isə 20 xalla 9-cu pillədə qərarlaşıblar.

Komandalar indiyədək ölkə çempionatında 57 dəfə üz-üzə gəliblər. Bunların 18-də Qəbələnin, 19-da isə Şamaxının eyniadlı təmsilçisi qələbə qazanıb. 20 qarşılaşmada qalib müəyyənləşməyib. Topların nisbətində də qonaqlar üstünlüyə malikdirlər – 74:62.
“Qəbələ” son 9 oyunda meydanı qolsuz tərk etməyib. “Şamaxı” son 6 görüşdə qələbə qazanmayıb.

Azərbaycan Premyer Liqası

XXVII tur

17 mart

17:00. “Qəbələ” – “Şamaxı”

Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Rahil Ramazanov, Kamran Əliyev

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Erkin Hüseynov

Qəbələ şəhər stadionu.

Qeyd edək ki, turun əvvəlki matçlarında “Qarabağ” səfərdə “Sumqayıt”ı 6:0, “Sabah” “Zirə”ni 2:0 hesabı ilə məğlub edib, “Səbail” evdə “Turan Tovuz”la 1:1, “Neftçi” isə “Kəpəz”lə 2:2 hesablı heç-heçəyə razılaşıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir