İdman

“Barselona”nın sabiq futbolçusu Azərbaycan çempionatında qeyri-adi hərəkətlə gündəmə gəldi – VİDEO

Sharing is caring!


Azərbaycan Premyer Liqasının XXIV turunda keçirilmiş “Sumqayıt” – “Sabah” oyununda maraqlı hadisə baş verib.

Oxu.Az xəbər verir ki, qarşılaşmanın 61-ci dəqiqəsində qonaq komandanın futbolçusu Kristian Sebalyos top rəqib qapıçı İlnur Valievin əlində olarkən başı ilə topu ondan alıb boş qapıya vurub. Matçın baş hakimi Cavid Cəlilov qayda pozuntusunu qeydə alaraq, qolu saymayıb.

“Barselona”nın yetirməsi olan, K.Sebalyosun qeyri-adi hərəkəti sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Qeyd edək ki, matç “Sabah”ın qələbəsi ilə başa çatıb – 4:0. Oyunda son qolu da 72-ci dəqiqədə elə Sebalyos vurub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir