İdman

Kudo yarışında Azərbaycana ilk dünya çempionluğunu qazandıran idmançılar mükafatlandırıldılar – FOTO

Sharing is caring!


Karatenin kudo növü üzrə Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatında qızıl medal qazanan Azərbaycan idmançıları Sevinc Mövsümzadə və Vüsal Əliyevin mükafatlandırma mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, tədbirdə Azərbaycan Koşiki-do Karate Federasiyasının fəxri prezidenti Adnan Əhmədzadə, federasiyanın prezidenti Rafael Bünyatov, birinci vitse-prezident Yuri Mustafayev, həmçinin, vitse-prezidentlər Ənvər Həzərxanov, Vəli Bünyatov, baş məşqçi Nazim Mövsümzadə, federasiya rəsmiləri və məşqçilər iştirak ediblər.

Kudo yarışında Azərbaycana ilk dünya çempionluğunu qazandıran idmançılara kuboklarını Adnan Əhmədzadə təqdim edib. Karateçiləri təbrik edən fəxri prezident onlara gələcək yarışlarda uğurlar arzulayıb.

Daha sonra çıxış edən rəsmilər bunun böyük uğur olduğunu bildiriblər.

Ənvər Həzərxanov mötəbər yarışlarda iştirak üçün onlara daim diqqət və qayğı ilə yanaşan gənclər və idman naziri Fərid Qayıbova və Azərbaycan Karate Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyevə federasiya rəhbərliyi adından minnətdarlığını bildirib.

Sonda xatirə şəkli çəkilib.

Qeyd edək ki, dünya çempionatında Azərbaycan dörd karateçi ilə təmsil olunub. Böyüklərdə Rəşad Quliyev, Vüsal Əliyev, 16-19 yaş qrupunda Sevinc Mövsümzadə, 16 yaşadək oğlanların yarışında isə Buğday Rəhimli mübarizə aparıblar.

Daha çox şəkil burada: PhotoStock.az

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir