İdman

Premyer Liqa: “Sabah” səfərdə “Sumqayıt”ı darmadağın edib

Sharing is caring!


Azərbaycan Premyer Liqasında XXXIV tura yekun vurulub.

Oxu.Az xəbər verir ki, bağlanış oyununda “Sabah” Sumqayıtda eyniadlı komandanın qonağı olub. Görüş Bakı klubunun böyükhesablı qələbəsi ilə başa çatıb – 4:0.

Qonaqlardan qolları 34-cü dəqiqədə Con İrasabal, 44-cü dəqiqədə Davit Volkov, 45+1-ci dəqiqədə Kristian da Silva və 72-ci dəqiqədə Kristian Sebalyos vurublar.

Bu qələbədən sonra xallarını 80-ə çatdıran “Sabah” ikinci pillədə qərarlaşıb. 28 xalı olan “Sumqayıt” isə 8-cidir.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Zirə” evdə “Kəpəz”lə, “Neftçi” “Şamaxı” ilə 1:1 hesablı sülhə razılaşıb, “Turan Tovuz” Qəbələdə eyniadlı komandanı 2:1, “Qarabağ” isə səfərdə “Səbail”i 3:0 hesabı ilə məğlub edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir