İdman

Fabio Kapello: “Mbappenin Messi kimi sehri olmasa da…”

Sharing is caring!


Məşhur italiyan mütəxəssis Fabio Kapello PSJ-nin hücumçuları Lionel Messi və Kilian Mbappeni müqayisə edib.

Onun sözlərinə görə, Messi karyerası boyu və bu qədər illər ərzində lazım olanları edib.

“Lionel bir neçə ildir ən yaxşıdır. O, fantastikdir. Amma hazırda Mbappe daha yaxşıdır. Hətta Messi kimi sehri olmasa da o, güclüdür, sürətlidir, qol vurur”, – deyə Kapello vurğulayıb.

Qeyd edək ki, Messi daha əvvəl “İlin idmançısı” nominasiyasında “Laureus” mükafatını qazanıb. Argentinalı hücumçu səsvermədə Mbappe və ispan tennisçi Rafael Nadalı qabaqlayıb.

Messi bu mövsüm bütün turnirlərdə 37 oyuna çıxıb, 20 qol vurub, 19 məhsuldar ötürmə edib.

Mənbə: Çempionat

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir