İdman

Runi Tovuzda ilklərə imza atdı

Sharing is caring!


“Turan Tovuz” Azərbaycan Premyer Liqasında ilk böyükhesablı qələbəsini qazanıb.

Peşəkar Futbol Liqasının yaydığı məlumata görə, debütantın ilk uğuru XXXIII tura təsadüf edib.

Ayxan Abbasovun yetirmələri “Neftçi”ni 4:0 hesabı ilə məğlubiyyətə uğradıblar. Tovuz klubu həm də ilk dəfə bir matçda 4 qol vurub.

Bu görüşdə 3 qola imza atan Runi Eva da tarixə düşüb. O, “Turan Tovuz”un tarixində Premyer Liqada ilk het-trikin müəllifi olub.

Runi həm də Azərbaycan çempionatları tarixində bir oyunda 3 qol vuran ilk kamerunludur. O, Afrika qitəsindən olan legionerlərin 8-ci het-trikinə imza atıb. Runiyə qədər 6 afrikalı 7 matçda hərəyə üç qol vurub. Əhməd Ticani iki, digərləri bir het-trikə seviniblər.

Qeyd edək ki, cari mövsümdə ikinci dəfə bir futbolçu matçda 3 qol vurub. Runiyə qədər buna Emin Mahmudov nail olub. “Neftçi”nin üzvü “Səbail”lə XV turun qarşılaşmasında het-trik edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir