Cəmiyyət

Bu gün maqnit qasırğası gözlənilir

Sharing is caring!


Mayın 8-də maqnit qasırğası gözlənilir.

Bu barədə Bakı Dövlət Universitetinin Astrofizika kafedrası məlumat yayıb.

Bildirilib ki, 4-6 may tarixlərində Günəşin səthində bir sıra oblastlarda davamlı olaraq M-sinif alışmalar baş verib. Bu səbəbdən geomaqnit sahə mayın 8-də G2 (orta) maqnit qasırğa səviyyəsində (gündüz saat 10:00-dək), mayın 9-da G1 (mülayim) və  daha zəif, mayın 10-da isə aktiv səviyyədə olacaq. 4-5 may tarixlərində yaranmış tac dəliklərindən yüksək sürətli plazma zərrəcikləri selinin Yerdən keçməsi geomaqnit şəraitin həyəcanlaşmasını bir qədər də gücləndirib. 

LASCO (Large Angle and Spectrometric Coronagraph – Geniş bucaqlı və spektrometrik koronoqraf) C2 koronoqrafı vasitəsi ilə Yerə yönəlmiş hər hansı tac kütlə atılması (CME -Coronal Mass Ejection) müşahidə olunmayıb. 

Mayın 8-də Yerdə maqnit qasırğasının loqarifmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 3-5, mayın 9-10-da 2-4 intervalında dəyişəcək.

Bu günlərdə risk qrupuna daxil olan xəstələrin, yaşlı insanların və uşaqların səhhətində müəyyən diskomfort halı güclənə bilər. Belə hallarda təşvişə düşmədən həkim nəzarəti altında profilaktik tədbirlərin görülməsi, fiziki və psixoloji yüklənməni azaldaraq fəal istirahətə üstünlük verilməsi tövsiyə olunur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir