İdman

Premyer Liqa: Bu gün daha bir oyun keçiriləcək – AFİŞA

Sharing is caring!


Azərbaycan Premyer Liqasında 33-cü tur davam edir.

Oxu.Az xəbər verir ki, bu gün daha bir oyun keçiriləcək. “Zirə” “Şamaxı”nın qonağı olacaq. Şamaxı şəhər stadionunda keçiriləcək matç saat 16:30-da start götürəcək.

32 turdan sonra paytaxt klubu 42 xalla 5-ci, bölgə təmsilçisi 23 xalla 9-cudur.

Azərbaycan Premyer Liqası
33-cü tur

6 may (şənbə)

“Şamaxı” – “Zirə”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Vüsal Məmmədov, Kamranbəy Rəhimov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Asif Əliyev
Şamaxı şəhər stadionu, 16:30

Turun dünən keçirilən “Kəpəz” – “Sabah” oyununda qonaqlar 3:0 hesablı qələbə qazanıblar. “Turan Tovuz” – “Neftçi” və “Sumqayıt” – “Səbail” görüşləri bazar, “Qarabağ” – “Qəbələ” qarşılaşması isə bazar ertəsi keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir