İdman

Azərbaycan Fransaya 3 top vuraraq evə göndərir – FOTO

Sharing is caring!


Bakıda ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq minifutbol turniri sona yaxınlaşmaq üzrədir. 

Oxu.Az-ın məlumatına görə, yarışda uğurla çıxış edən son Avropa çempionatının qalibi Azərbaycan millisi qələbələri ilə azarkeşləri sevindirməkdə davam edir.

Qrup mərhələsində Çexiya və Serbiya seçmələri ilə heç-heçə edən təmsilçimiz, İtaliya və Gürcüstan komandalarına qalib gələrək play-offa vəsiqə qazanıb. Bu mərhələdə millimiz Fransa yığması ilə qarşılaşıb və 3:2 hesabı ilə əzmkar qələbə əldə edib. 

Yarımfinala adlayan komandamız bu gün saat 20:00 da yenidən Serbiya yığması ilə qarşılaşacaq. 

Azarkeşləri millini dəstək etməyə çağırırıq.

Qeyd edək ki, oyunlar Bakı Tennis Akademiyasında keçirilir. Final oyunu mayın 6-da keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir