İdman

FIDE prezidenti Bakıya gəlir

Sharing is caring!


Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç Bakıya gələcək.

Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, məqsəd ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan “Baku Open 2023” Beynəlxalq Şahmat Festivalının açılış mərasimində iştirak etməkdir.

Arkadi Dvorkoviç səfər zamanı bir sıra mühüm görüşlər keçirəcək.

Qeyd edək ki, mayın 5-də açılış mərasimi təşkil olunacaq “Baku Open 2023”ə mayın 12-də yekun vurulacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir