İdman

Azərbaycan millisi UEFA İnkişaf turnirinə qələbə ilə başladı

Sharing is caring!


17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Albaniyanın paytaxtı Tiranada təşkil olunmuş UEFA İnkişaf turnirində ilk oyununu keçirib.

Oxu.Az xəbər verir ki, Farer adaları komandası ilə qarşılaşan futbolçularımız 4:2 hesabı ilə qələbə qazanıblar. Komandamızın qollarını 50 və 90+3-cü dəqiqədə Əhməd Tarverdiyev, 85-ci dəqiqədə Ümid Səlimov, 90+5-ci dəqiqədə isə İslam İsmayılzadə vurublar.

Millimiz növbəti oyununu mayın 4-də Albaniya komandasına qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir