İdman

“Zirə”nin bir futbolçusu zəhərlənib, digəri mövsümü erkən başa vurub

Sharing is caring!


“Zirə”nin futbolçusu Məhəmməd Həmdui üçün mövsüm vaxtından əvvəl başa çatıb.

“Report”un məlumatına görə, bu barədə komandanın baş məşqçisi Rəşad Sadıqov evdə “Turan Tovuz”a 1:3 hesabı ilə uduzduqları Premyer Liqanın XXXII tur oyunundan sonra açıqlama verib.

41 yaşlı mütəxəssis niderlandlı hücumçunun “Qəbələ” ilə XXIX tur matçında (1:2) aldığı zədəni təkrarladığını bildirib:

“İki-üç həftə yenidən fizioterapevt nəzarəti altında olacaq. Yəqin ki, risk etməyəcəyik”.

Sadıqov Qismət Alıyev və Sərtan Taşkının zədə, Slavik Alxasovun isə zəhərlənmə səbəbindən Tovuz təmsilçisi ilə görüşü buraxdıqlarını söyləyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir