AKTUAL manset

Lerik rayonunun Perasora kəndində acınacaqlı vəziyyət davam edir

Sharing is caring!

Lerik rayonunun Perasora kəndində acınacaqlı vəziyyət davam edir.

Biz Lerik rayonunda çəkilişlər apararkən, ilk öncə rayonun məsul şəxsinin geniş müsahibəsinə dayanaraq, adı çəkilən  və adı çəkilməyən  kəndlərdə çəkilişlər həyata keçirdik.  Bəzi kəndlərdə rayonun məsul şəxsinin geniş hesabatında dilə gətirdikləri 50 faiz təsdiqini tapsa da, təsdiqini tapmayan kəndlərin də olduğunu müşahidə etdik. Bütün çəkilişlərimnizi efirdə yayımlasaq da bəzi çəkilişlərimiz məqsədyönlü şəxslər tərəfindən sosial şəbəkələrdə əsassız şikayətlər edilməklə spam halına gətirildi. Buna baxmayaraq həmin çəkilişləri təkrar olaraq canlı yayımlarımızda efirə verəcəyik ki, bir daha bu işdə əli olanlar, çirkin niyyətlərinin üzə çıxmasını istəməyənlər  baxıb utansınlar.

Əziz oxucular.

Lerik rayonunun Perasora adlı bir kəndi var. Bu kənd sanki Lerik rayonuna aid olmayan, yəni diqqət edilməli kəndlərin sırasından kənarda olan bir kənddir.  Bu kəndin işıqlandırılmasını təmin edən elektrik dirəyləri, lori dildə desək,  Nikolay dövründən qalma elektrik dirəyləridir. İllərin keçməsinə baxmayaraq bu köhnə elektrik dirəylərinin ömrü başa çatsa da, Perasora kənd sakinlərinə hansısa səbəblərdən asi olanlar, bu sınıq-salxaq dirəkləri yenisi ilə əvəz etmək istəmirlər. Bu kəndin problemi təkcə elektrik dirəyləri ilə bitmir.

Xatırlayırsınızsa Ümid Tv Azərbaycan kanalında Lerikin Perasora kənd sakinlərinin yığışıb öz vəsaitləri hesabına kənd yolunu təmir etmələri barədə kadr yayımlamışdıq.  Həmin kadrdan dərhal sonra rayonun məsul şəxsləri həmin kəndə gedib yolun şəxsi vəsaitlər hesabına təmirini dayandırmış və bildirmişlər ki, yol dövlət hesabına təmir olunacaq. Lakin bu günə qədər Perasora kəndinin yol problemi eyni ilə qalmaqdadır. Lerikin möcüzələrini anlamaq üçün, həmin kəndi əhatəsinə alan dağları qucaqlayan daşlara səsləndik, daşdan səs çıxdı, ama bu rayonun məsul şəxslərindən bu günə qədər bu kəndə aid səs çıxmadı.

Qeyd edək ki, kənd camaatını narahat edən digər bir məsələ də kəndin qaz problemidir.  Hələ ki, qazlaşmaya həsrət qalan kəndlərin sırasında Perasora kəndi yer alsa da, son günlər Lerikin problemlərindən danışanların dilində bu kəndin qaz və digər problemləri yer almır.  Bir sözlə Perasora kəndində acınacaqlı həyat hələ də davam edir. Bu kəndə düşmən kəsilənlər kimlərdir ?!

Hələ kənd icra nümayəndəsinin müvainin hansı səbəblərə görə işdən uzaqlaşdırılmasını demirik. Bütün bu problemlərə Lerik rayonuna edəcəyimiz növbəti səyahətdə aydınlıq gətirəcəyik.

Davamı var…!

Müqabil Hüseyn /  Ümid Tv Lerik Perasora

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir