İdman

FIDE reytinqi: İlk “10-luq”da bir təmsilçimiz var, o da onuncudur

Sharing is caring!


Beynəlxalq Şahmat Federasiyası (FIDE) may ayı üçün reytinq cədvəlini açıqlayıb.

Bu barədə FIDE-nin rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, ilk “10-luq”da Azərbaycanın yenə bir təmsilçisi yer alıb.

Teymur Rəcəbov 2 747 xalla 10-cu sıradakı mövqeyini qoruyub. Şəhriyar Məmmədyarov isə 2 738 xalla 16-cı yerdə qalıb.

Qədir Hüseynov (2 661) bir pilləlik geriləmə ilə 80-ci sıraya düşüb. Rauf Məmmədov (2 646) isə əksinə, bir addım irəliləyib. O, hazırda 97-ci pillədədir.

Siyahıya əvvəlki kimi norveçli Maqnus Karlsen (2 853) başçılıq edir. Rusiyalı Yan Nepomnyaşşi (2 794) ikinci, çinli Din Liren (2 789) üçüncüdür.

Qadın şahmatçıların hər biri iki pillə geriləyib. Günay Məmmədzadə (2 449) 25-ci, Ülviyyə Fətəliyeva (2 401) 54-cü, Gövhər Beydullayeva (2 375) 73-cü, Gülnar Məmmədova (2 349) 98-ci yerdədir.

Qadınların reytinqinə çinli Xou İfan (2 628) başçılıq edir. Onu FIDE bayrağı altında çıxış edən Aleksandra Qoryaçkina (2 571) və hindistanlı Xampi Koneru (2 567) izləyirlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir