İdman

Azərbaycanın daha iki paraatleti Dünya Kubokunda medal qazanıb

Sharing is caring!


Azərbaycanın daha iki paraatleti Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Dünya Kubokunda medal qazanıb.

Bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb.

Bildirilib ki, para-pauerliftinq üzrə millinin üzvü Talıb Zeynalov +107 kq çəki dərəcəsində gənc idmançılar kateqoriyasında qızıl medal əldə edib.

O, 146 kq nəticə ilə fərdi çəkidə ən yaxşı göstəriciyə imza atıb. Bununla Zeynalov ümumi çəkidə də daha bir qızıl medalın sahibi olub. Talıb Zeynalov böyüklər arasında yarışı isə 5-ci pillədə tamamlayıb.

Yığmanın digər paraatleti Şamo Aslanov +107 kq çəki dərəcəsində 3 cəhdin cəmində 595 kq nəticə göstərərək, gümüş mükafata yiyələnib. O, fərdi kateqoriyada 205 kq nəticə ilə yarışı 4-cü yerdə başa vurub.

Qeyd edək ki, azərbaycanlı paraatlet Leyla Kərimova bir gün əvvəl Dünya Kubokunda Avropa rekordunu qıraraq çempion olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir