İdman

Şahmat üzrə yeni dünya çempionu məlum oldu

Sharing is caring!


Rusiyalı qrossmeyster Yan Nepomnyaşi şahmat üzrə dünya çempionu adı uğrunda tay-breyk görüşünün dördüncü oyununda çinli Din Lijenə ağ fiqurlarla məğlub olub.

Görüş Astanada keçirilib.

Klassik vaxta nəzarətlə keçirilən 14 oyundan sonra hesab bərabərləşib – 7:7. Belə olduqda sürətli şahmat üzrə əlavə dörd oyunu təyin edilib. İlk üç oyun heç-heçə yekunlaşıb. Nəhayət sonuncu partiya çinlinin xeyrinə başa çatıb. Rusiyalı 68-ci gedişdə məğlubiyyətini etiraf edib.

Din Lijen şahmat üzrə 17-ci dünya çempionu adını qazanıb. O, bu ada layiq görülən ilk Çin təmsilçisi olub.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir