İdman

Azərbaycan Qran-prisi: Əsas yarışda Serxio Peres liderdir – YENİLƏNİR

Sharing is caring!


“Formula-1” üzrə Azərbaycan Qran-prisində əsas yarış davam edir. 

Oxu.Az xəbər verir ki, “Red Bull” pilotu Serxio Peres 18 dövrədən sonra liderliyi ələ keçirib. 

Hazırda onun komanda yoldaşı Maks Ferstappen ikinci, “Ferrari”dən Şarl Lekler üçüncü pillədə qərarlaşıb. 

Qeyd edək ki, “Alfa Tauri” komandasının üzvü Nik de Vris yarış zamanı bolidində yaranmış problemlə bağlı uğursuzluq yaşayıb.

15:00

“Formula-1” üzrə Azərbaycan Qran-prisində əsas yarış başlayıb.

Oxu.Az xəbər verir ki, 51 dövrəlik mübarizəyə saat 15:00-da start verilib.

Aprelin 28-də gerçəkləşən sıralama turunda “Ferrari” pilotu Şarl Lekler ən yaxşı nəticəni göstərib. “Red Bull”dan Maks Ferstappen ikinci, onun komanda yoldaşı Serxio Peres üçüncü olub. “Ferrari”nin digər sürücüsü Karlos Sayns və “Mercedes”dən Lüis Hemilton “ilk beşliy”i tamamlayıblar.

Ferstappen hazırda 75 xalla turnir cədvəlində liderdir. Peres 62 xalla ikinci pillədə qərarlaşıb. “İlk üçlüy”ü “Aston Martin”dən Fernando Alonso (48 xal) qapayır.

Konstruktorlar kubokunun lideri isə “Red Bull” (137 xal) komandasıdır. “Aston Martin” 69 xalla ikinci, “Mercedes” isə 63 xalla üçüncü sıradadır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir