İdman

İngiltərə Premyer Liqası: 3 oyunda 16 qol vuruldu

Sharing is caring!


İngiltərə Premyer Liqasında 34-cü turun bir sıra görüşləri baş tutub.

Artıq başa çatan üç oyundan ikisi bol qollu olması ilə seçilib.

Belə ki “Brayton” evdə “Vulverhempton”un qapısından 6 cavabsız qol keçirərək darmadağına imza atıb – 6:0.

“Kristal Pelas” – “Vest Hem” matçında isə əsl qol dueli yaşanıb. Ev sahiblərinin 3 qoluna qonaqlar 4 qolla cavab verərək qələbəni bayram ediblər – 3:4.

“Brentford” – “Nottinhem” matçının taleyini isə 90+4-cü dəqiqədə vurulan top həll edib. Bu qarşılaşmada meydanı əliboş tərk edən qonaq komanda olub – 2:1.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir