İdman

Azərbaycan Kuboku: Bu gün ilk finalçı məlum olacaq – AFİŞA

Sharing is caring!


Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək.

Oxu.Az xəbər verir ki, ilk finalçı “Neftçi” ilə “Turan Tovuz”un duelində müəyyənləşəcək. Tovuzdakı oyunda 0:1 hesabı ilə yenilmiş “ağ-qaralar” həlledici oyuna vəsiqə qazanmaq üçün mütləq qələbə qazanmalıdır. Qonaq komandanı isə heç-heçə də qane edir.

Digər yarımfinal matçında isə “Qəbələ” “Səbail”in qonağı olacaq. Qarşılaşma aprelin 27-də gerçəkləşəcək.

Azərbaycan Kuboku

Yarımfinal, cavab oyunu

26 aprel

20:00. “Neftçi” – “Turan Tovuz”

Baş hakim: Fərid Hacıyev
İlk oyun – 0:1
Bakı, “Bakcell Arena”

Qeyd edək ki, ölkə kubokunun final oyunu iyunun 3-də “Bakcell Arena”da keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir