İdman

Hacı Əliyev Almatıda məğlub oldu, Sənan Süleymanovdan qələbə

Sharing is caring!


Qazaxıstanın Almatı şəhərində güləş üzrə İvan Poddubnı Liqasının dördüncü turnirinin döyüşləri keçirilib.

Oxu.Az xəbər verir ki, Azərbaycanın yunan-Roma güləşçisi, Avropa çempionu Sənan Süleymanov (77 kq) rusiyalı Adlet Tyulyubayevlə görüşdə qalib gəlib.

Sərbəst güləş üzrə dördqat Avropa və üçqat dünya çempionu Hacı Əliyev (65 kq) isə rusiyalı Şamil Məmmədovla güləşib. İdmançımız rəqibinə 2:7 hesabı ilə uduzub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir