İdman

“Barselona” ingilislərin istədiyi futbolçuya 90 milyon avro qiymət qoydu

Sharing is caring!


“Barselona” mövsümün sonunda Rafinyanı satmağa hazırdır.

Kataloniya klubu braziliyalı vingerin qiymətini müəyyənləşdirib. İspaniyalı insayder Xavi Migelin yaydığı məlumata görə, “Barsa” onu minimum 90 milyon avroya satmaq niyyətindədir.

26 yaşlı futbolçunun xidmətində İngiltərənin “Arsenal” və “Nyukasl” klubları maraqlıdır.

Rafinya “Barselona”ya keçən ilin yayında “Lids”dən transfer olunub. O, bu mövsüm “Barsa”nın heyətində bütün turnirlərdə 42 oyun keçirib, 9 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir