İdman

“Aston Martin”in rəhbəri: “Azərbaycan Qran-prisində maraqlı şou olacaq”

Sharing is caring!


“Azərbaycan Qran-prisində maraqlı həftəsonu şousu olacaq”.

“Report”un məlumatına görə, bunu “Formula-1” üzrə dünya çempionatında çıxış edən “Aston Martin” komandasının rəhbəri Mayk Krak mövsümün dördüncü mərhələsi barədə danışarkən deyib.

O bildirib ki, mövsümdə ilk dəfə Bakıda təşkil olunacaq sprint yarışının riski böyükdür:

“Çünki bolidiniz ciddi zərbə alsa, təmir etmək üçün kifayət qədər vaxtınız olmayacaq. Sprintin ertəsi günü əsas yarış olacağından, təmirə cəmi 3-4 saat ayrılacaq. Ancaq yenə də vəziyyət hamı üçün eynidir. Bakıda rəqibi ötmək o qədər də çətin deyil. Döngələrdə risk etsəniz, daha yüksək qəza riski yaranar”.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 28-30 aprel tarixlərində keçiriləcək. Ayın 29-da sprint yarışı təşkil olunacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir