İdman

Güləşçimiz Sabah Şəriəti finalda

Sharing is caring!


Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti Xorvatiyanın paytaxtı Zaqrebdə davam edən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

Oxu.Az-ın məlumatına görə, 130 kq-da yarışan idmançı finala gedən yolda Yakobi Kajaya (Gürcüstan) ilə üz-üzə gəlib.

Qarşılaşma 1:1 hesabı ilə başa çatsa da, Şəriəti sonuncu xal prinsipinə əsasən adını finala yazdırıb. O, həlledici görüşdə Rza Kayaalpla (Türkiyə) güləşəcək.

Bununla da Azərbaycanın finala çıxan yunan-Roma güləşçilərinin sayı üçə çatıb. Daha əvvəl Eldəniz Əzizli (55 kq) və Taleh Məmmədov (63 kq) qızıl medal görüşünə vəsiqə qazanıb.

87 kq-da çıxış edən İslam Abbasovun 1/4 finalda məğlub olduğu Ali Cengiz (Türkiyə) finala yüsəldiyindən, Azərbaycan təmsilçisi təsəlliverici görüşdə iştirak hüququ əldə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir