Dünya

Mozambikdə İsa peyğəmbərin orucunu təkrar etmək istəyən keşiş öldü

Sharing is caring!

Mozambikdə Müqəddəs Üçlük (Santa Trinidad) Evangelist Kilsəsinin qurucusu, 39 yaşlı pastor Fransisko Baraja vəfat edib.

O, ağır vəziyyətdə aparıldığı Mozambikin paytaxtı Beyra şəhərindəki xəstəxanada dünyasını dəyişib.

Baraja İsa Məsihin 40 günlük orucunu təkrarlamağa çalışıb, lakin 25 gün yeməksiz və susuz qaldıqdan sonra qohumlarının və ardıcıllarının təkidi ilə xəstəxanaya yerləşdirilib.

Xəstəxanada ona kəskin anemiya və orqan çatışmazlığı diaqnozu qoyulub.

Mənbə: Newsru.co.il

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir