İdman

Messinin qayıdışı “Barselona”nı dirçəldəcək?

Sharing is caring!


“Barselona” PSJ-dən geri qaytarmağa çalışdığı Lionel Messiyə bir və ya ikiillik müqavilə təklif edəcək.

Argentinalı ikiillik sözləşməyə qol çəkərsə, klubun 125 illiyi ilə bağlı tədbirlərdə iştirak edə bilər.

Katalonlar sabiq oyunçusunu təkcə idman səbəblərinə görə geri qaytarmağa çalışmırlar. Emosional bağlılıq və qayıdışın mümkün maliyyə faydaları da əhəmiyyətli rol oynayır. Klubda hesab edirlər ki, “Barselona”nın gələn mövsüm ümumi gəlirinin 25 faizi Messinin komandada oynaması ilə bağlı olacaq. Klubdakı bəzi proqnozlara görə, bu nisbət 33 faizə çata bilər. Beləliklə, “Barsa”da inanırlar ki, bu qayıdışla klub maliyyə baxımından yenidən dirçəliş dövrünə keçəcək.

Xatırladaq ki, daha əvvəl “Barselona”nın prezidenti Xuan Laporta Messinin komandaya qayıdacağını açıqlayıb.

Qeyd edək ki, hücumçunun PSJ ilə hazırkı müqaviləsi 2023-cü ilin yayına qədərdir. Bu mövsüm o, Paris klubunun heyətində 35 oyuna çıxıb, 20 qol vurub və 18 məhsuldar ötürmə edib.

Mənbə: “Mundo Deportivo”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir