Dünya

İlon Mask beyin implantlarının klinik sınaqları üçün könüllülər axtarır

Sharing is caring!


İlon Maskın “Neuralink” şirkəti beyin implantlarının klinik sınaqları üçün könüllülərin işə götürüldüyünü elan edib.

Onurğa beynin boyun nahiyəsinin zədəsində və ya amiotrofik skleroz nəticəsində iflic olan insanlar tədqiqatda iştirak edə bilərlər. “Neuralink” təxminən altı il çəkəcək araşdırmada neçə nəfərin iştirak edəcəyini hələ dəqiqləşdirməyib.

İştirakçılara yalnız düşüncələrindən istifadə edərək kompüter kursorunu və ya klaviaturasını idarə etmək imkanı vermək məqsədilə patentləşdirilmiş robotun köməyi ilə beynin hərəkətə nəzarət edən sahəsinə cərrahi yolla BCI implantasiyası edilir.

Mənbə: Kp.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir