İdman

Çempionlar Liqası: “Mançester Siti” ilə “İnter” yarımfinalda – VİDEO

Sharing is caring!


UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

Oxu.Az xəbər verir ki, baş tutan iki matçla son yarımfinalçılar müəyyənləşib.

Münhendə “Bavariya” “Mançester Siti”ni qəbul edib. İlk görüşdə üç cavabsız qolla qalib gələn ingilislər səfərdə sərfəli nəticəni qorumağı bacarıblar – 1:1

Burada komanda “Real”la (Madrid) üz-üzə gələcək. Digər matç Milanda baş tutub.“İnter” Portuqaliyada 2:0 hesablı qələbə qazandığı “Benfika”nı sınağa çəkib. Görüş bol qollu alınıb – 3:0.

Bu nəticə ilə İtaliya təmsilçisi yarımfinala adlayıb. Burada onlar əzəli rəqibləri “Milan”la üz-üzə gələcəklər.

“Bavariya” (Almaniya) – “Mançester Siti” (İngiltərə) – 1:1
Qollar: Yozua Kimmix, 83 (penalti) – Erlinq Holann, 57
İstifadə edilməyən penalti: Erlinq Holann, 38 (“Mançester Siti”)
İlk oyun – 0:3

“İnter” (İtaliya) – “Benfika” (Portuqaliya) – 3:3
Qollar: Nikolo Barella, 14. Lautaro Martines, 65. Xoakin Korrea, 78 – Fredrik Eursnes, 38. Antonio Silva, 86. Petar Musa, 90+5
İlk oyun – 2:0

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir