İdman

Millimizin sabiq futbolçusu inşaat sahəsində özünə iş tapıb

Sharing is caring!


Azərbaycan milli komandasının sabiq hücumçusu Uğur Pamuk futboldan uzaq düşüb.

Bunu apasport.az saytına 34 yaşlı milliləşən legionerin özü açıqlayıb.

O bildirib ki, idmandan ayrıldıqdan sonra özünü yeni sahədə sınayır:

“İnşaat sahəsində işləyirəm. Futboldan uzaqlaşmışam. Bu barədə heç düşünmürəm də”.

Azərbaycanda “Xəzər Lənkəran” və “Sumqayıt”ın formasını geyinmiş Uğur karyerasını bitirmək barədə düşünmür. O, yenidən yaşıl meydanlara dönmək arzusundadır:

“Özümü yaya hazırlayıram. Həvəskar komandada oynamaq istəyirəm. Bu da yayda reallaşa bilər”.

Qeyd edək ki, Azərbaycan millisində cəmi 1 oyun keçirən Pamukun son klubu 2019/20 mövsümündə forma geyindiyi Almaniyanın aşağı liqa təmsilçisi “Hikret” olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir