Dünya

Aİ sanksiyaların pozulmasına görə cinayət məsuliyyəti tətbiq edəcək – FOTO

Sharing is caring!


Avropa Komissiyası, Avropa İttifaqı (Aİ) Şurası və Avropa Parlamenti icmanın sanksiyalarının pozulmasına görə cinayət məsuliyyətinin tətbiqi üzrə direktiv üzərində razılığa gəliblər.

Bu barədə “X” sosial şəbəkəsində İspaniyanın Aİ Şurasına sədrliyi məlumat yayıb.

Onun sözlərinə görə, Aİ-nin restriksiyalarının pozulmasına görə cinayət məsuliyyəti və sanksiyalar tətbiq edən direktiv üzrə danışıqlar başa çatıb.

“Direktiv Aİ sanksiyalarını pozan və ya ondan yayınanların məsuliyyətə cəlb olunmasına zəmanət verir”, – deyə paylaşımda qeyd olunub.

İndi bu təşəbbüsün qüvvəyə minməsi üçün onun rəsmi tam mətni Avropa Komissiyası tərəfindən Aİ Şurasına və Avropa Parlamentinə təqdim edilməli və bu strukturlar tərəfindən rəsmən təsdiqlənməlidir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir