Cəmiyyət

Ağstafada qəza: Xəsarət alanlar var

Sharing is caring!


Ağstafada iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

APA-nın məlumatına görə, hadisə Bakı-Qazax-Gürcüstan magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib.

İki minik maşınının toqquşması nəticəsində iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir