İdman

Çempionlar Liqası: “Real” və “Milan” yarımfinalda – VİDEO

Sharing is caring!


UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk iki iştirakçısı müəyyənləşib.

Oxu.Az xəbər verir ki, 1/4 finalın iki matçından sonra finala iddiaçıların ikisi bəlli olub.

Turnirin son qalibi “Real” (Madrid) İngiltərədə “Çelsi”nin qonağı olub. İspaniya təmsilçisi öz meydanında olduğu kimi səfərdə də iki cavabsız qolla qələbə qazanıb. Madridlilərin hər iki qolunu Rodriqo vurub. Ümumi hesabda 4:0 üstün olan “Real” mərhələ adlayıb.

Digər yarımfinalçı İtaliyada müəyyənləşib. “Buzovlar ölkəsi”nin iki təmsilçisi – “Napoli” və “Milan” birincilərin meydanında münasibətlərinə aydınlıq gətiriblər. Matçda qalib müəyyənləşməyib – 1:1. İlk görüşdə “rossioneri” minimal hesablı (1:0) qələbə qazandığından yarımfinala çıxıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir