MARAQLI

İSRAİLİN XARİCİ İŞLƏR NAZİRİ VƏ AZƏRBAYCAN RESPUBIİKASINDAKI SƏFİRİ BAKIDA ÇOX İSTİ QARŞILANDILAR

Sharing is caring!

Bu gün Bakıda İsrailin xarici işlər naziri- Eli Koenin və İsrailin Azərbaycandakı səfiri -Corc Dikin qarşılanma mərasimi baş tutmuşdur. Bundan sonra Xarici İşlər Nazirinin və eləcə də səfirin şərəfinə Bakıda təntənəli şam yeməyi tədbiri təşkil edilmişdir. Tədbirdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf naziri Mikayıl Cabbarov başda olmaqla yanaşı Azərbaycanın bir çox tanınmış simaları iştirak etmişdir. Həmçinin, bu tədbirdə İsrailin ” Şah- Dağ” təşkilatının Azərbaycan üzrə bu günlərdə təsdiq olunmuş nümayəndəsi, beynəlxalq hüquq eksperti, Alyans Zalov İmza Tevenin rəhbəri İsmayıl Zalov da iştirak etmişdir. Səmimi, həm də işgüzar şəraitdə baş tutan tədbirdə maraqlı söhbətlər olmuşdur. Həmin tədbirdə, həmçinin, xatirə şəkilləri də çəkilmişdir. Fotolor mətnə əlavə edilir.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir